BAKI, 23 aprel. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar Nazirliyin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qəzanın baş verdiyi əraziyə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində deformasiya olmuş avtomobildən 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.