BAKI, 8 oktyabr. TELEQRAF
2026–2030-cu illəri əhatə edən Dövlət Borcunun İdarə Edilməsi Strategiyası hazırlanır.
Teleqraf xəbər verir ki, bu sözləri maliyyə nazirinin birinci müavini Anar Kərimov Almaniyanın maliyyə sektorunu təmsil edən şirkətlərin və biznes dairələrinin nümayəndələri ilə görüşdə bildirib.
Onun sözlərinə strategiya prioritet layihələrin maliyyələşdirilməsi üçün yeni borclanma imkanları yaradaraq ölkənin uzunmüddətli inkişaf gündəliyini dəstəkləməyi hədəfləyir.
Görüşdə iki ölkə arasında maliyyə sahəsində əməkdaşlığın genişləndirilməsi, alman maliyyə institutlarının ölkəmizdə həyata keçirilən layihələrin dəstəklənməsində iştirakı, dövlət borcunun idarə olunması sahəsində təcrübə mübadiləsi, dövlət–özəl tərəfdaşlıq mexanizmləri ilə bağlı məsələlər müzakirə olunub.