BAKI, 7 oktyabr. TELEQRAF
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sentyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 17% daha çox sərnişin daşıyıb.
Teleqraf xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.
Bu ilin 9 aylıq ümumi sərnişindaşıma göstəricisi isə keçən ilin müvafiq dövrünün nəticələrini 20% üstələyib.