BAKI, 3 oktyabr. TELEQRAF
Dövlət Turizm Agentliyi tərəfindən Qusarın Laza, Qubanın Qrız, Qaxın İlisu və Sarıbaş, Qəbələnin Duruca, İsmayıllının İvanovka, Lerikin Bibiyani və Astaranın Sım kəndi "Turistik kənd" konsepsiyasına uyğun turizm infrastrukturu layihəsinə daxil edilib.
Teleqraf xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) şöbə müdiri Elgün Cavadov bildirib.
Onun sözlərinə görə, layihənin məqsədi turistlər üçün cəlbedici ola biləcək kəndlərin vizual görünüşünü yaxşılaşdırmaq, kəndi abadlaşdırmaq və bununla turizm və onun ətrafında məşğulluq imkanlarını genişləndirməkdir:
"Layihə çərçivəsində Sım kəndinin turizm potensialı qiymətləndirilmiş, kənd cənub bölgəsinin turizm marşrutlarına və xəritələrinə daxil edilmiş, istiqamətverici lövhələr quraşdırılıb".