BAKI, 3 aprel. TELEQRAF

Tacikistan energetika sahəsində Rusiya ilə əməkdaşlığı davam etdirir və neft-qaz yataqlarının daha dərindən öyrənilməsi, habelə resursların hasilatında maraqlıdır.

Teleqraf xəbər verir ki, bu barədə Tacikistanın energetika və su ehtiyatları naziri Daler Cuma “Enerjiprom-2026” forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

"Biz işləri davam etdiririk və “Qazprom”un məhz neft-qaz yataqlarının gələcək tədqiqi və hasilatı prosesinə qayıtmasında maraqlıyıq", - nazir vurğulayıb.