BAKI, 2 aprel. TELEQRAF

Kəlbəcərin Zar və Zallar kəndlərində su təchizatı, tullantı su şəbəkə və qurğuların tikintisi üçün 12 milyon 562 min 673 manat vəsait ayrılıb.

Teleqraf xəbər verir ki, Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bu barədə iki açıq tender elan edib.

Zar kəndi üçün nəzərdə tutulan tenderin ehtimal olunan qiyməti 7 milyon 181 min 134 manat, Zallar kəndi üçün nəzərdə tutulan tenderin ehtimal olunan qiyməti isə 5 milyon 381 min 540 manatdır.