BAKI, 3 aprel. TELEQRAF

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Şimali Kiprin Baş naziri Ünal Üstel ilə görüşüb.

Teleqraf xəbər verir ki, E. Əmrullayev bu barədə "X"dəki hesabında yazıb.

"Görüşdə Şimali Kipr ilə elm və təhsil sahəsində əməkdaşlıq, eləcə də inkişaf perspektivləri müzakirə edilib", - o bildirib.