BAKI, 4 aprel. TELEQRAF

Braziliyanın Riu-Qrande-du-Sul ştatında özəl tək mühərrikli təyyarə yaşayış binasına çırpılıb.

Teleqraf xəbər verir ki, qəza nəticəsində partlayış və böyük yanğın baş verib.

İtapolisdən Kapao da Kanoaya uçan təyyarədə olan dörd nəfər həlak olub. Qəza zamanı yaşayış binası boş olub. Qəzadan sonra yanğın baş verib və tezliklə qonşu binalara yayılıb.

Yanğın bir neçə saat sonra söndürülüb.