BAKI, 4 aprel. TELEQRAF
Niderlandın Neykerk şəhərində “Xristianlar İsrail üçün” təşkilatının binası yaxınlığında partlayış baş verib.
Teleqraf xəbər verir ki, hadisə barədə "De Telegraaf" qəzeti məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində xəsarət alan olmayıb. Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır, şübhəli şəxslərin saxlanılması barədə məlumat yoxdur.
Qeyd edək ki, bundan əvvəl Amsterdam şəhərində də yəhudi məktəbində partlayış baş verdiyi bildirilmişdi.