BAKI, 4 aprel. TELEQRAF
İsrail ordusu Livanın paytaxtı Beyrutda hərbi əməliyyatlar həyata keçirir.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin – İsrail Müdafiə Qüvvələri (SAXAL) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İsrail ordusu Hizbullah hərəkatına məxsus infrastruktur obyektlərinə zərbələr endirməyə başlayıb.
Qeyd olunur ki, əməliyyatla bağlı əlavə detallar və zərbələrin nəticələri barədə hələlik ətraflı məlumat açıqlanmayıb.