BAKI, 3 aprel. TELEQRAF
Rusiyanın ən böyük iqlim avadanlıqları istehsalçısının Azərbaycandakı nümayəndəliyi ləğv edilir.
Teleqraf xəbər verir ki, doqquz zavoddan ibarət istehsal şəbəkəsinə malik iqlim sistemləri istehsalçısı “VEZA" MMC-nin Azərbaycandakı Nümayəndəliyi 2023-cü ildə dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, şirkətin qanuni təmsilçisi Vitalii Mezinovdur.