BAKI, 3 aprel. TELEQRAF
Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Habşan qaz strukturuna raket qəlpələrinin düşməsi nəticəsində bir nəfər ölüb, 4 nəfər isə yaralanıb.
Teleqraf xəbər verir ki, hadisə yerində yanğın baş verib.
Həlak olan şəxs Misir, yaralananlar isə Pakistan və Misir vətəndaşlarıdır.
Hadisədən sonra zavodun fəaliyyəti dayandırılıb.