BAKI, 4 aprel. TELEQRAF

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşən “Həbşan” qaz kompleksinin fəaliyyəti dayandırılıb.

Teleqraf xəbər verir ki, bu, hava hücumu nəticəsində obyektə düşən qalıqlardan sonra baş verib.

Məlumata görə, hava hücumundan müdafiə sistemləri təhlükəni zərərsizləşdirsə də, qalıqlar qaz kompleksinin ərazisinə düşüb. Nəticədə obyektdə yanğın baş verib və fəaliyyət müvəqqəti olaraq dayandırılıb.

Sonradan yayılan məlumatda bildirilib ki, ərazidə iki yanğın ocağı qeydə alınıb. Fövqəladə hallar xidmətləri hadisəyə operativ müdaxilə edərək vəziyyəti nəzarət altına alıb.

Hadisə nəticəsində bir Misir vətəndaşı həyatını itirib, daha dörd nəfər xəsarət alıb. Obyektə ciddi ziyan dəydiyi qeyd olunur.