BAKI, 3 aprel. TELEQRAF
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 163 ölkəsindən 337,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4% az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 23,2%-i Rusiya, 21,1 faizi Türkiyə, 9%-i İran, 5%-i Gürcüstan, 4,6%-i Hindistan, 3,7%-i Pakistan, 3,6%-i Qazaxıstan, 3,2%-i Səudiyyə Ərəbistanı, 2,9%-i Özbəkistan, 2,6%-i İsrail, 2%-i Çin, hər birindən 1,4% olmaqla Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Ukrayna, hər birindən 1,3% olmaqla Böyük Britaniya və Türkmənistan, 12,3%-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 72%-ni kişilər, 28%-ni qadınlar təşkil edib.
2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 26,4% artaraq 13,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,4% artaraq 111,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 10,9% azalaraq 55,3 min nəfər, digər ölkələrdən gələnlərin sayı 0,7% azalaraq 157 min nəfər təşkil edib.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70,2%-i hava, 28,4%-i dəmir yolu və avtomobil, 1,4%-i isə dəniz nəqliyyatından istifadə edib.