BAKI, 4 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranda baş verən insidentlə bağlı açıqlama verib.

Teleqraf xəbər verir ki, Tramp ABŞ-yə məxsus "F-15E Strike Eagle" qırıcısının qəzaya uğramasını müharibənin tərkib hissəsi kimi qiymətləndirib.

O, "NBC News" telekanalına müsahibəsində bu hadisənin İranla aparılan danışıqlara təsir edib-etməyəcəyi ilə bağlı suala cavab olaraq “Xeyr, qətiyyən yox. Bu, müharibədir. Biz müharibədəyik” deyə bildirib.

Məlumata görə, hadisə zamanı qırıcının ekipaj üzvlərindən biri xilas edilib, digərinin axtarışları isə davam edir.

Qeyd edək ki, daha əvvəl İran tərəfi ABŞ qırıcısının vurulduğunu açıqlamışdı. Bundan başqa, həmin təyyarənin axtarışı zamanı istifadə edilən ABŞ helikopterlərinin də atəşə tutulduğu bildirilmişdi.