Rusiyanın Kamçatka vilayətində yerləşən Şiveluç vulkanı növbəti dəfə fəallaşıb.
Teleqraf xəbər verir ki, vulkan dəniz səviyyəsindən təxminən 6 kilometr yüksəkliyə kül püskürüb.
Məlumata görə, püskürmə 4 aprel tarixində qeydə alınıb və seysmik məlumatlar əsasında təsdiqlənib. Bildirilir ki, kül sütunu qısa müddət ərzində yüksəkliyə qalxıb.
Qeyd edək ki, Şiveluç Kamçatkanın aktiv vulkanlarından biridir. O, “Köhnə Şiveluç”, qədim kaldera və aktiv “Gənc Şiveluç” hissələrindən ibarətdir. Vulkanın yaşı təxminən 60-70 min il hesab olunur.