BAKI, 3 aprel. TELEQRAF
Amerikalı iş adamı İlon Maska məxsus "SpaceX" şirkəti ilkin ictimai təklif (IPO) zamanı dəyərinin 2 trilyon dolları keçməsini hədəfləyir.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, bu hədəfə çatacağı halda şirkətin bazar dəyəri "Tesla"nın kapitallaşmasını üstələyəcək. Eyni zamanda, “SpaceX” ABŞ bazarının ən iri 500 şirkətini əhatə edən S&P 500 indeksində yalnız bir neçə texnologiya nəhəngindən geri qala bilər.
Qeyd olunur ki, şirkət artıq ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına IPO ilə bağlı sənədləri məxfi şəkildə təqdim edib və birja çıxışının iyun ayında baş tuta biləcəyi istisna edilmir.
Əlavə edək ki, bundan əvvəl “SpaceX”in digər süni intellekt şirkətləri ilə birlikdə bazara çıxacağı da bildirilmişdi.