BAKI, 4 aprel. TELEQRAF

Amerikanın qırıcı təyyarəsinin İran üzərində vurulması Tehranla danışıqlara təsir göstərməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "NBC News"a açıqlamasında bildirib.

"Xeyr, qətiyyən yox. Bu, müharibədir. Biz müharibə vəziyyətindəyik", - deyə Tramp hadisələrin danışıqlar prosesinə təsir edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.

Prezident İranda davam edən axtarış-xilasetmə əməliyyatının təfərrüatını açıqlamayıb.

Xatırladaq ki, bir müddət əvvəl Amerikanın "CBS News" televiziya kanalı İran üzərində vurulan F-35 qırıcı təyyarəsinin iki heyət üzvündən birinin xilas edildiyini iddia etmişdi.