BAKI, 3 aprel. TELEQRAF

2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 0,8% artaraq 298,7 min nəfər olub.

Teleqraf Dövlət Statikstika Komitəsinə istinadən xəbər verir ki, vətəndaşlarımızın 37,4%-i Türkiyəyə (əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 2,1% çox), 15,2%-i Rusiyaya (2,8% az), 12,5%-i İrana (17,7% çox), 9,9%-i Gürcüstana (12,2% az), 25%-i isə digər ölkələrə (0,1% az) gedib. Gedənlərin 66,7%-ni kişilər, 33,3%-ni qadınlar təşkil edib.

2026-cı ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 68%-i hava, 30,4%-i dəmir yolu və avtomobil, 1,6%-i isə dəniz nəqliyyatından istifadə edib.