BAKI, 27 sentyabr. TELEQRAF
2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan 40 milyon 997.41 min ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edib.
Teleqraf Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 60.17% artıb.
Hesabat dövründə Azərbaycana 182 milyon 332.07 min ABŞ dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edilib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətdə 0.87% artım deməkdir.
Cari ilin yanvar-avqust aylarında şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının ixracı ümumi ixracın 0,24%-ni, idxalı isə ümumi idxalın 1,21%-ni təşkil edib.