BAKI, 27 sentyabr. TELEQRAF
2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan 716 milyon 877.79 min ABŞ dolları dəyərində 622 min 752.22 ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd edilib.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 61 milyon 635.75 min ABŞ dolları (7.92%), miqdar baxımından isə 50 min 608.83 ton (7.51%) azdır.
Yanvar-avqust aylarında qara metallar və onlardan hazırlanan məmulatların idxalı ölkənin ümumi idxalının 4.76%-ni təşkil edib.
Hesabat dövründə Azərbaycandan 61 milyon 531.49 min ABŞ dolları dəyərində 59 min 218.43 ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.
Bu isə illik müqayisədə dəyər baxımından 148.58 min ABŞ dolları (9.96%) az, miqdar baxımından isə 6 min 552.44 ton (0.24%) çoxdur.
8 ayda qara metallar və onlardan hazırlanan məmulatların ixracı ölkənin ümumi ixracının 0.36%-ni təşkil edib.