BAKI, 15 sentyabr. TELEQRAF
Nərimanov rayonu Həsən Əliyev küçəsində - ASAN Xidmətin yaxınlığında yerləşən kommersiya obyekti 8 milyon 500 min manata satışa çıxarılıb.
Teleqraf xəbər verir ki, obyektin ümumi sahəsi 1 800 kvadratmetrdir və bir kvadratmetrinə düşən dəyəri isə 4722 manat təşkil edir.
Obyekt tam təmirlidir və 5 mərtəbədən ibarətdir.