BAKI, 3 noyabr. TELEQRAF

Mərkəzi Bank (AMB) “Mobile Payment Solutions” MMC-yə icrası məcburi olan göstərişlər verib.

Teleqraf xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, MMC-də həyata keçirilən yerində yoxlama çərçivəsində bir sıra qanunvericilik və normativ aktların tələblərinin pozulması halları aşkar edilib. Tənzimləyici “Mərkəzi Bank haqqında” Qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddələrinə əsasən çatışmazlıqların aradan qaldırılması ilə bağlı şirkətə məcburi göstərişlər verib.

Qeyd edək ki, "Mobile Payment Solutions" MMC Azərbaycanda "Portmanat" elektron pul kisəsi brendinin sahibidir.