BAKI, 9 sentyabr. TELEQRAF

Çindən Azərbaycana Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə yola düşən qatar Bakıya çatıb.

Teleqraf xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəsmilərinin də iştirak etdiyi tədbir çərçivəsində bildirilib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Yivu–Bakı qatarı ilə gətirilmiş konteyner yüklərin Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına göndərilməsi təmin ediləcək.

10:00

Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu üzrə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan keçən sayca 237-ci blok-qatar qarşılanıb.

Teleqraf xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəsmilərinin də iştirak etdiyi tədbir çərçivəsində bildirilib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Yivu–Bakı qatarı ilə gətirilmiş konteyner yüklərin Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına göndərilməsi təmin ediləcək.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində ümumilikdə 51 istiqamət üzrə fəaliyyət göstərilib, 4 182 konteyner (TEU) daşınıb. Cənub marşrutları ilə göndərilən yüklərin 17 %-i məhz bu xəttin payına düşüb.

Son 5 ildə xətt üzrə ümumilikdə 237 qatar hərəkət edib, daşınan konteynerlərin sayı isə 19 470 TEU olub.

Orta Asiya regionu üzrə yük dövriyyəsi 4,76 milyard yuan, Avropa regionu üzrə 1,76 milyard yuan, Azərbaycan üzrə isə 2,02 milyard yuan (təqribən 202 milyon manat) təşkil edib.