BAKI, 8 sentyabr. TELEQRAF
2025-ci il üzrə Naxçıvan büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri 22 milyon manat proqnozlaşdırılıb. Hesabat dövründə 21,5 milyon manat 31 istiqamət üzrə bölüşdürülüb.
Teleqraf Hesablama Palatasına istiandən xəbər verir ki, həmin vəsaitin yalnız 6,3 milyon manatı (29,4%) icra edilib.
Aparılan təhlillərə görə, büdcədən 12 təşkilata 7,2 milyon manat ayrılmasına baxmayaraq, heç bir icra həyata keçirilməyib.