BAKI, 3 sentyabr. TELEQRAF

Bu gün Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın (AMB) notlarının yerləşdirilməsi üzrə növbəti hərrac baş tutub.

Teleqraf Bakı Fond Birjasına istinadən xəbər verir ki, hərrac zamanı 2,5 milyon manat həcmində 168 gün tədavül müddətli və 15 milyon manat həcmində 28 günlük qısamüddətli notlar təklif edilib.

Belə ki, 168 gün tədavül müddətli notlar üzrə keçirilən hərracda 3 investor tərəfindən sifariş təqdim olunub. Həmin notların kəsmə və orta ölçülmüş qiyməti 96,814.7933 manat təşkil edib ki, bu da illik 7,05% gəlirlilik dərəcəsinə uyğundur. Yerləşdirilmiş notların ümumi məbləği 2,5 milyon manat təşkil edib.

Qeyd edək ki, ötən ayla müqayisədə notlar üzrə illik gəlir faizi aşağı düşüb. Avqustun 28-də 252 gün tədavül müddətli notlar üzrə illik faizlər maksimum 7,35%, minimum 7,16% olub.

Ümumilikdə bu ilin əvvəlindən Mərkəzi Bankın bütün notlarında gəlirlik səviyyəsi aşağı düşüb.

Bundan başqa Mərkəzi Bankın 28 gün qısamüddətli notlar üzrə keçirilən hərracında cəmi bir investor iştirak edib. Bu notların da kəsmə və orta ölçülmüş qiyməti eyni olaraq 99,462.3507 manat səviyyəsində müəyyən edilib. Sözügedən notlar üzrə illik gəlirlilik 6,95% təşkil edib və ümumilikdə 1 milyon manatlıq not yerləşdirilib.