BAKI, 2 sentyabr. TELEQRAF
Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0.84% azalaraq 2.9574 ABŞ dollarına bərabər olub.
Teleqraf xəbər verir ki, Niderlandın "Title Transfer Facility” (TTF) virtual platformasında qazın meqavat-saatının dəyəri 1.39% artaraq 32.06 avro təşkil edib.