BAKI, 1 sentyabr. TELEQRAF

Bu ilin mayında "Caspian Coast Winery and Vineyards” MMC-ni sturukturuna əlavə edən “Top Properties” MMC yenidən təşkil edilir.

Teleqraf xəbər verir ki, şirkət “Top Properties” MMC “Caspian Coast Winery and Vineyards” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edib.

Xatırladaq ki, “Caspian Coast Winery and Vineyards” MMC 27 mart 2006-cı ildə yaradılıb. Nizamnamə kapitalı 9 milyon 458 min 024 manatdır. Qanuni təmsilçisi Fuad Mollayev Rahib oğludur.

“Top Properties” MMC 29 yanvar 2020-ci ildə yaradılıb. Nizamnamə kapitalı 150 milyon 294 min 352,5 manatdır. Qanuni təmsilçisi Vasi Məcnunov Əfi oğludur.

Qeyd edək ki, “Top Properties” MMC dövlət qeydiyyatına alındıqdan qısa müddət sonra, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, Milli Məclisin sabiq deputatı Elton Məmmədovun şirkəti kimi tanınan “Bakı-XXI Əsr” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunub.