BAKI, 1 sentyabr. TELEQRAF

İntensiv alma və şaftalı (nektarin) bağlarının salınması üçün verilən əkin subsidiyasının verilməsi 2026-cı ilin 1 iyunundan etibarən dayandırılacaq.

Bu barədə Teleqraf-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Məlumata görə, şaftalı (nektarin) və alma bağları üzrə istehsal potensialı hədəflənən həcmə yaxınlaşması nəzərə alınaraq 2026-cı ildən sonrakı dövrdə bu meyvə bağlarının yalnız işğaldan azad edilmiş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında salınmasının dəstəklənməsi planlaşdırılır.