BAKI, 1 sentyabr. TELEQRAF
İşğaldan azad edilmiş ərazilərdə intensiv və super-intensiv bağçılıq təşviq ediləcək.
Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Cəbrayıl, Qubadlı, Xocalı, Xocavənd və Zəngilan rayonlarının işğaldan azad edilmiş ərazilərində dəniz səviyyəsindən 500 metr və ya daha yuxarı ərazilərdə yerləşən, sahəsi ən azı 1 hektar olan şabalıd bağlarının hər hektarına 3250 manat subsidiya nəzərdə tutulub.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının işğaldan azad edilmiş ərazilərində dəniz səviyyəsindən 550-1000 metr aralığındakı hündürlükdəki ərazilərdə dirək sistemi ilə salınan, cəmi sahəsi 3 hektar olan və 1 hektara minimum 1600 ədəd sertifikatlı tingin əkildiyi super-intensiv gilas bağlarına 16 250 manat əkin subsidiyası veriləcək.
Ağdam, Ağdərə, Cəbrayıl və Zəngilan Zəngilan rayonlarının işğaldan azad edilmiş ərazilərində dəniz səviyyəsindən 150-500 metr aralığındakı hündürlükdə yerləşən ərazilərdə dirək sistemi ilə salınan, cəmi sahəsi 3 hektar olan və 1 hektara minimum 2500 ədəd sertifikatlı, patent sahibinə istifadəyə görə mükafatın ödənildiyi tingin əkildiyi intensiv şaftalı və ərik bağlarına 15 500 manat əkin subsidiyası nəzərdə tutulub.
Cəbrayıl, Qubadlı, Xocalı, Xocavənd və Zəngilan Zəngilan rayonlarının işğaldan azad edilmiş ərazilərində dəniz səviyyəsindən 500-900 metr aralığındakı hündürlükdə yerləşən ərazidə salınan və sahəsi ən azı 3 hektar olan, 1 hektara minimum 350 ədəd sertifikatlı tingin əkildiyi super-intensiv qoz bağlarına 4200 manat əkin subsidiyası hesablanacaq.
Cəbrayıl, Qubadlı, Xocalı, Xocavənd və Zəngilan Zəngilan rayonlarının işğaldan azad edilmiş ərazilərində dəniz səiyyəsindən 500-900 metr aralığındakı hündürlükdə yerləşən ərazidə salınan və sahəsi ən azı 2 hektar olan və 1 hektara minimum 650 ədəd sertifikatlı tingin əkildiyi ocağın super-intensiv fındıq bağlarına – 4400 AZN/Ha əkin subsidiyası veriləcək.