BAKI, 29 avqust. TELEQRAF

Oktyabrın 27-dən etibarən Maldiv adalarına birbaşa uçuşlar bərpa olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları (AZAL) məlumat yayıb.

Məlumata görə, uçuşlar həftədə üç dəfə – bazar ertəsi, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.