BAKI, 26 avqust. TELEQRAF
Bu ilin yanvar–iyun aylarında avtomobil nəqliyyatı üzrə gəlirlərdə artım müşahidə olunub.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu dövrdə yük daşımalarından əldə olunan gəlir 472 milyon 713,7 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,1% çoxdur. Ötən ilin yanvar–iyun aylarında bu göstərici 441 milyon 376 min manat olub.
Hesabat dövründə sərnişin daşımalarından əldə olunan gəlir isə 571 milyon 111 min manat təşkil edib. Bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6% artım deməkdir.
Qeyd edək ki, ötən il həmin göstərici 538 milyon 784 min manat olub.