BAKI, 25 avqust. TELEQRAF
Mərkəzi Bank "Capital Partners İnvestisiya Şirkəti" QSC, “İnno Kapital İnvestisiya Şirkəti” ASC (əvvəlki adı “PSG Kapital İnvestisiya Şirkəti” ASC) və "Assist Finance İnvestisiya Şirkəti" ASC-yə xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Məlumata görə, AMB tərəfindən aparılmış tematik yoxlamalar çərçivəsində hər üç şirkət tərəfindən “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə tam əməl edilmədiyinə görə sözügedən İnvestisiya şirkətlərinə xəbərdarlıq edilib və pozuntuların ən qısa zamanda aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.