BAKI, 14 avqust. TELEQRAF
Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" publik hüquqi şəxsi Quba rayonunun Qırmızı qəsəbəsində yaşayış evlərinin və həyətyanı sahələrin Qudyalçayın sel və daşqın sularından mühafizəsi üçün 2 milyon 37 min 337 manat xərcləyəcək.
Teleqraf xəbər verir ki, müvafiq işlərin icrası “Bəyaz İnşaat” MMC-yə həvalə olunub.
İşlərin icrasına bu gündən start verilib, 2028-ci ilin iyul ayına qədər bitməyi planlaşdırılır.
Qeyd edək ki, “Bəyaz İnşaat” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 milyon 318 min manat olan şirkətin qanuni təmsilçisi Yusifli Yusif Eldar oğludur.