BAKI, 14 avqust. TELEQRAF
Mərkəzi Bank "Guavapay” MMC, "CİBPay" MMC və "Baku Pay” MMC-yə icrası məcburi göstərişlər verib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Belə ki, Mərkəzi Bankın “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.3-cü bəndi ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması, habelə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı Mərkəzi Bank tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq hər 3 ödəniş təşkilatına icrası məcburi olan göstəriş verilib.