BAKI, 11 avqust. TELEQRAF
Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi "Sea Breeze Construction" MMC ilə 61 milyon 733 min 252 manat dəyərində müqavilə bağlayıb.
Teleqraf xəbər verir ki, "Sea Breeze Construction" MMC bu məbləğ qarşılığında Ağdam rayonunun Eyvazxanbəyli kəndi üzrə fərdi yaşayış evlərinin, mühəndis kommunikasiya sistemlərinin (yaşayış evləri üzrə) tikinti-quraşdırma işlərini həyata keçirəcək.
Qeyd edək ki, müvafiq işlərin icrasına bu ayın 6-dan başlanılıb, 2026-cı ilin oktyabrına qədər yekunlaşdırılması planlaşdırılır.