BAKI, 11 avqust. TELEQRAF

Bu ilin birinci yarısında əsas kapitala yönəldilən xarici investisiyaların həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 28,6% artaraq 2 milyard manatı ötüb.

İqtisadiyyat Nazirliyindən Teleqraf-a verilən xəbərə əsasən, eyni dövrdə özəl sektor tərəfindən həyata keçirilən investisiyaların həcmi də 16,5% artaraq 4,1 milyard manata çatıb.

Qeyd edək ki, bu investisiyaların mühüm bir hissəsi qeyri-neft-qaz sektoruna yönəldilib. Belə ki, bu sahəyə yönəldilən vəsaitin həcmi 27,8% artaraq 2,2 milyard manata yaxın olub.

Bundan əlavə, ölkə iqtisadiyyatına kredit qoyuluşu da artım nümayiş etdirib. 2025-ci ilin ilk altı ayında ümumi kredit qoyuluşu 12%-dən çox artaraq 30,2 milyard manatı keçib.