BAKI, 11 avqust. TELEQRAF

Bu ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz azalıb, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,8 artıb.

Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən xəbərə görə, iyulda istehlak qiymətləri indeksi 2024-cü ilin iyul ayına nisbətən 5 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,2 faiz, qeyri-qida məhsulları üzrə 2,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz artıb.

2025-ci ilin iyul ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,5 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,6 faiz təşkil edib.