BAKI, 8 avqust. TELEQRAF

2025-ci ilin iyul ayında beynəlxalq ərzaq mallarının qiymətləri indeksi 130,1 bənd təşkil edib. Bu da əsasən ət və bitki yağlarının beynəlxalq qiymətlərinin artması ilə əlaqədar olaraq iyun ayı ilə müqayisədə 1,6 faiz çoxdur.

Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında bildirilir.

Ayın sonunda qeydə alınan artıma baxmayaraq, indeksin dəyəri 2022-ci ilin mart ayının pik səviyyəsindən 18,8 faiz aşağı, 2024-cü ilin iyul ayından isə 7,6 faiz yüksək olub.

Taxıl, süd məhsulları və şəkər indekslərindəki azalma iyulda ət və bitki yağının bahalaşması ilə daha çox kompensasiya edilib.