BAKI, 29 iyul. TELEQRAF
Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə o , "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.
Görüşdə cari ilin birinci yarısında bank sektorunun fəaliyyət göstəriciləri və inkişaf meyilləri geniş şəkildə müzakirə olunub. Həmçinin bank rəhbərləri ilə qarşıdakı dövr üçün strateji prioritetlər və sektorun gündəmində olan digər mühüm məsələlər üzrə fikir mübadiləsi edilib.