BAKI, 24 iyul. TELEQRAF

Dövlət su kadastrının aparılması sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Dövlət Su Ehtiyatları Agentliyinin, Ekologiya və Təbii Sərvətlər, o cümlədən Səhiyyə Nazirliyinin və Kosmik Agentliyin nümayəndələrinin iştirakı ilə İşçi Qrupun ilk görüşü keçirilib.

Teleqraf xəbər verir ki, görüşdə səth və yeraltı su obyektlərinin kəmiyyət və keyfiyyət göstəriciləri üzrə monitorinqlərin və qiymətləndirmənin aparılması, məlumat bazasının, eləcə də avtomat informasiya sisteminin yaradılması, sudan istifadə sahəsində məlumatların təmin olunması sahəsində adiyyatı qurumların görəcəyi işlər müzakirə edilib.

Təşkilatlar üzrə kadastra daxil ediləcək məlumatların siyahısı müəyyənləşdirilib.