BAKI, 1 iyul. TELEQRAF
Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard 153,9 milyon dollar olub.
Teleqraf xəbər verir ki, bu göstərici iyunun 1-i ilə müqayisədə 59,3 milyon və ya 0,53 faiz çoxdur.
Qeyd edək ki, iyunun 1-nə valyuta ehtiyatları 11 milyard 94.6 milyon dollar təşkil edib.