BAKI, 27 iyun. TELEQRAF

İyunun 25-26-da paytaxtdan bölgələrə 16 485 sərnişin daşınıb.

Teleqraf xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən müxtəlif istiqamətlərə 513 reys həyata keçirilib.

Adi günlərdə xətlərə 200-ə yaxın reys buraxılırsa, iki gün ərzində BBAK-dan əlavə olaraq 113 reys həyata keçirilib.

Qeyd edək ki, sərnişinlərin 33 faizindən çoxu biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib.