BAKI, 24 iyun. TELEQRAF

"Şahdəniz" yatağından hasil edilən qazın həcmi 250 milyard kubmetrə çatıb.

Teleqraf Energetika Nazirliyinə istinadən xəbər verir ki, 1999-cu ildə kəşf olunmuş bu yataqda ilkin hesablamalara görə, təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatı var.

Qeyd edək ki, yataqdan ilk qaz hasilatına “Şahdəniz Mərhələ-1” layihəsi üzrə 2006-cı ilin dekabrında, “Şahdəniz Mərhələ-2” layihəsi üzrə 2018-ci ilin iyulunda başlanılıb.