BAKI, 23 iyun. TELEQRAF
Ləğv prosesində olan “Bakı Mexanizasiya Tikinti” ASC-nin əmlakı səhmdarları arasında bölüşdürüləcək.
Teleqraf xəbər verir ki, bu məsələ avqustun 4-də keçiriləcək səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə daxil edilib.
Cəmiyyətə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor küçəsi, ev 2950–52-ci məhəllə, 8N ünvanında yerləşən, ümumi sahəsi 1333.7 kvadratmetr olan əmlak səhmdarlar arasında bölünəcək.
Qeyd edək ki, “Bakı Mexanizasiya Tikinti” ASC 2009-cu ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi və təsviyəçisi Rzayev Mürsəl Qəni oğludur. Nizamnamə kapitalı 39 min 334 manatdır.