BAKI, 23 iyun. TELEQRAF

2025-ci ilin yanvar-may aylarında yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) vasitəsilə qeydə alınan dövriyyə 185 milyon manata yaxın olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 18,4% çoxdur.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, indiyədək MR-də layihə çərçivəsində istehlakçılara 3 milyon manatda yaxın ƏDV məbləği geri qaytarılıb. Bu ilin yanvar-may aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 16,7 faiz artaraq 654,1 min manat olub.