BAKI, 20 iyun. TELEQRAF
"Azərbaycandakı sənaye zonaları, parklarında müəssisələr yaratmaqla Özbəkistan şirkətləri Avropa bazarlarına çıxış imkanları əldə edəcəklər".
Teleqraf xəbər verir ki, bunu Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov Bakıda keçirilən III Azərbaycan-Özbəkistan Regionlararası Forumunda bildirib:
"Özbəkistandakı infrastruktur, iqtisadi zonalar isə Azərbaycan şirkətlərinə Mərkəzi Asiya bazarlarını mənimsəməyə, Pakistan bazarına çıxmağa imkan verəcək. Əfqanıstan da böyük ehtiyacları olan nəhəng bazara malikdir. Biz əməkdaşlığın dərinləşdirilməsi və birgə irəliləyiş, üçüncü ölkələrin bazarında birgə məhsul istehsalı üçün böyük imkanlar görürük".