BAKI, 20 iyun. TELEQRAF

21 iyun saat 08:00-dan 22 iyun saat 22:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sözügedən küçənin Azadlıq prospekti ilə kəsişməsindən Ceyhun Hacıbəyli küçəsinin kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Teleqraf xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Qurum sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.