BAKI, 13 iyun. TELEQRAF
İyunun 16-da sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə hər iki istiqamətə əlavə reyslər təyin edilir.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.
Məlumata görə, Bakıdan Qəbələyə gedən reys səhər saat 07:30-da yola düşəcək. Qəbələdən Bakıya qayıdan reys isə 19:00-da hərəkət edəcək.
Biletləri dəmiryol vağzallarının kassalarından, saytdan (www.ady.az) və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.