BAKI, 10 iyun. TELEQRAF

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Kanada ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 34,1 dəfə artaraq 147,6 milyon dolları üstələyib.

Teleqraf Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, Azərbaycandan Kanadaya ixracın həcmi 26,1 dəfə artaraq 13,7 milyon dollar, Kanadadan Azərbaycana idxalın həcmi isə 35,3 dəfə artaraq 133,9 milyon dollar təşkil edib.

Ölkənin ümumi ticarət dövriyyəsində Kanada ilə ticarətin payı 0,87 faiz təşkil edib.